"Lill"in sabiq üzvü karyerasını Azərbaycanda davam etdirəcək - RƏSMİ

Bölmə adı Premyer Liqa
Yayımlandı 21-06-2025, 14:59

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Sport1.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Akim Zedadka ilə 2 illik müqavilə imzalanıb.

Fransalı oyunçu karyerası ərzində ölkəsində "İstr" (2014-2015), "Lans" (2016-2017), "Sen-Remuaz" (2017-2018), "Marinyan" (2018-2019), "Klermon" (2019-2022), "Lill" (2022-2025), "Oser" (2022-2023), İspaniyada "Saraqosa" (2024) və Polşada "Pyast"ın (2025) formasını geyinib.

Qeyd edək ki, A.Zedadka "Sabah"da "80" nömrəli formada çıxış edəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR