Mbappe xəstəxananı tərk etdi

Bölmə adı Futbol
Yayımlandı 20-06-2025, 09:29

"Real"ın futbolçusu Kilian Mbappe xəstəxananı tərk edib.

Sport1.az xəbər verir ki, fransalı hücumçu ABŞ-da Madrid klubunun düşərgəsinə qayıdıb.

Dünən Mbappe kəskin qastroenterit diaqnozu ilə hospitala yerləşdirilib. Onun aparılacaq müalicələrdən sonra tədricən komandanın məşqlərinə qoşulacağı bildirilib.

Qeyd edək ki, Kilian klublararası dünya çempionatında ilk turunda “Əl-Hilal”la (Səudiyyə Ərəbistanı) 1:1 hesabı ilə başa çatan oyunu soyuqdəymə üzündən buraxıb. Onun "Paçuka" ilə növbəti matçda meydana çıxacağı sual altındadır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR