son dəqiqə SON DƏQİQƏ
ÇL: "Sabah"ın Liqa mərhələsindəki rəqibləri bu tarixdə müəyyənləşəcək Günün oyunları: Prezident İlham Əliyev "Sabah"ı qələbə münasibətilə təbrik edib ÇL: "Fənərbağça" əsas mərhələnin bir addımlığındadır - Tahir Gözəl də "Sabah"ı təbrik edib UEFA Çempionlar Liqası: Kamilo Duranın komandası turnirlə vidalaşıb AFFA prezidenti "Sabah"ı təbrik edib ÇL: "Hapoel"i darmadağın edən "Sabah" əsas mərhələdə - Premyer Liqa klublarının yay transferləri “Sabah”dan tarixi nəticə: Dambrauskas: “Bu gün səhvləri kənara qoyaq” “Hapoel”in baş məşqçisi: “İrəli baxmalıyıq” Fərid Qayıbov “Sabah”ı təbrik edib Premyer Liqada ilin ən yaxşı gənc oyunçusu seçildi "Sabah" Çempionlar Liqasında! - Kristofer Nkunku “Leypsiq”ə qayıtdı Fransada çıxış edəcək İngiltərədə klubunu dəyişdi “Beşiktaş” onunla bağlı qərarını verdi Göygöldə yeniyetmələr arasında seçim turniri keçirilib “Sabah” - “Hapoel”: Sabiq “Liverpul”lu İspaniya klubunda Braziliya millisinin üzvü “Tottenhem”də “Yuventus”dan “Bornmut”a Stolüstü tennisçilərimiz Şəkidə Priştinada 3 gümüş medal Beynəlxalq yarışlara qatılacaq Azərbaycan millisinin heyəti açıqlanıb "Qarabağ" və "Neftçi" "Mançester Siti"in sabiq futbolçusu uğrunda mübarizə aparır -

"Qarabağ" , "Zirə" və "Araz-Naxçıvan"ın rəqibləri müəyyənləşir

Bölmə adı Azərbaycan
Yayımlandı 18-06-2025, 09:01

Bu gün avrokuboklarda II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sport1.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılacaq püşk nəticəsində Azərbaycan klublarının da rəqibləri müəyyənləşəcək.

Əvvəlcə Bakı vaxtı ilə saat 14:00-da Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq. Mübarizəyə birbaşa bu mərhələdən başlayacaq ölkə çempionu "Qarabağ" daha yüksək reytinqlilərin olduğu səpələnmişlər səbətində yer alacaq. Potensial rəqiblər isə səpələnməmişlər səbətindəki komandalar və I təsnifat mərhələsinin cütlərinin qalibləri olacaq.

Saat 15:00-da Avropa Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq. Bu mərhələdə Azərbaycanı təmsil edən "Sabah"ın Sloveniya "Tsele"sini keçəcəyi təqdirdə, növbəti rəqibi üzə çıxacaq. Potensial rəqiblər sırasında Çempionlar Liqasının I təsnifat mərhələsindəki görüşlərdən məğlub ayrılacaq komandalar da olacaq.

Nəhayət, saat 16:00-da Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatması nəzərdə tutulub. Azərbaycan təmsilçiləri "Zirə" və "Araz-Naxçıvan" mübarizəyə məhz bu mərhələdən başlayacaqlar. Hər iki komanda daha aşağı reytinqlilərin olduğu səpələnməmişlər səbətində yer alacaq. Onlar potensial olaraq, səpələnmişlər səbətindəki və I təsnifat mərhələsindən qalib ayrılan komandalarla qarşılaşa bilərlər.

Eyni zamanda, "Sabah" "Tsele" ilə dueldə uduzacağı təqdirdə, mübarizəni məhz Konfrans Liqasının bu mərhələsində davam etdirəcək. Püşk nəticəsində cütün məğlub komandasının rəqibi bəlli olacaq.

Qeyd edək ki, hər 3 turnirdə Azərbaycan təmsilçilərinin potensial rəqiblərinin qısa siyahısı tezliklə açıqlanacaq. (Teleqraf)

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR