UEFA Çempionlar Liqasına vəsiqə qazanan növbəti Almaniya klubu müəyyənləşdi

Bölmə adı Almaniya
Yayımlandı 18-05-2025, 13:51

Almaniya Bundesliqasının 34-cü və sonuncu turunda “Ayntraxt” səfərdə “Frayburq”u məğlub edib.

Sport1.az xəbər verir ki, qonaqların qollarını 45-ci dəqiqədə Ansqar Knrauff, 61-ci dəqiqədə Rasmus Kristensen, 63-cü dəqiqədə isə Ellyes vurub.

Meydan sahiblərinin isə yeganə qolu 27-ci dəqiqədə Ritsu Doandan gəlib.

Bu oyundan sonra “Ayntraxt” 60 xalla 3-cü pilləni təmin edib və UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. 55 xalda qalan “Frayburq”un isə 5-ci yerdə qərarlaşaraq Avropa Liqasında mübarizə aparacağı dəqiqləşib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR