"Yuventus"un baş məşqşisi dəyişir?

Bölmə adı Futbol
Yayımlandı 14-05-2025, 09:01

"Napoli"nin baş məşqçisi Antonio Konte bu yay "Yuventus"unun "sükanı arxasına" keçə bilər.

Sport1.az xəbər verir ki, xəbər verir ki, bu barədə insayder Nikolo Skira X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

Mənbənin sözlərinə görə, "ağ-qaralar" hazırkı çalışdırıcısı, xorvatiyalı İqor Tudorla müqaviləni uzatmayacaq. Onun Turin klubu ilə sözləşməsi iyunda başa çatır.

Qeyd edək ki, "Yuventus" mövsümə Tiaqo Motta ilə başlasa da, martda onunla yolları ayırıb.

Müəllif: Sport1.az