"Bayer"dən İngiltərə nəhənginə

Bölmə adı Almaniya
Yayımlandı 13-05-2025, 14:14

“Liverpul” müdafiəçisi Trent Aleksander-Arnolda əvəzləyici tapıb.

Sport1.az xəbər verir ki, İngiltərə klubu Ceremi Frimponqu transfer etməyə qərar verib.

24 yaşlı futbolçunun “Bayer”dən transferi ilə bağlı işlərə start verilib. “Liverpul” onu 35-40 milyon avroya almağı planlaşdırır.

Qeyd edək ki, Trent yayda “Real”a keçəcək.

Müəllif: Sport1.az