Alvaro Moratadan “Qalatasaray” qərarı

Bölmə adı Türkiyə
Yayımlandı 12-05-2025, 23:40

“Qalatasaray”ın qış “transfer pəncərəsi”ndə icarəyə götürdüyü Alvaro Morata klubdakı gələcəyi ilə bağlı qərarını verib.

Sport1.az xəbər verir ki, ulduz futbolçu karyerasını “Cim-Bom”da davam etdirmək istəyir. Bu barədə “AS” nəşri məlumat yayıb.

İstanbul nəhənginin rəhbərliyinin də ispaniyalı oyunçunun komandada qalmasında maraqlı olduğu qeyd edilib.

Xatırladaq ki, Morata 2024/25 mövsümündə “sarı-qırmızı” forma ilə 12 oyuna çıxıb və 6 qola, 2 məhsuldar ötürməyə imza atıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR