"İnter" azarkeşi oyun vaxtı infarkt keçirdi

Bölmə adı Futbol
Yayımlandı 8-05-2025, 13:31

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter” və “Barselona” komandaları arasında keçirilmiş cavab matçında xoşagəlməz hadisə yaşanıb.

Sport1.az xarici mətbuata istinadən xəbər verir ki, görüşün final fitinə 15 dəqiqə qalmış Milan təmsilçisinin azarkeşi infarkt keçirib. Xəstəyə dərhal müdaxilə edən həkimlər ürək ritmini bərpa ediblər. O, daha sonra reanimasiya şöbəsinə aparılıb.

Həkimlərin fikrincə, buna fanatın oyun zamanı ağır emosional stres keçirməsi səbəb olub.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən, “Barselona”nı 7:6 hesabı ilə məğlub edən “İnter” finalda Fransanın PSJ komandası ilə qarşılaşacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR