Almaniyanın iki klubu Fabreqası istəyir

Bölmə adı Futbol
Yayımlandı 8-05-2025, 10:22

"Komo"nun baş məşqçisi Sesk Fabreqas Almaniyada çalışa bilər.

Sport1.az "Kicker" nəşrinə istinadən xəbər verir ki, Bundesliqada iki klub ispan mütəxəssisun xidmətində maraqlıdır. Bunlar "Bayer" və "Leypziq"dir.

Leverkuzen təmsilçisi "Real"a keçəcəyi gözlənilən Xabi Alonsonun yerinə əsas namizəd kimi Fabreqası düşünür. "Leypziq" də 38 yaşlı məşqçiyə ciddi maraq göstərir.

Qeyd edək ki, Sesk Fabreqas mövsümün əvvəlində "Komo"nun baş məşqçisi təyin olunub. Onun İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Müəllif: Sport1.az