Təmsilçimiz beynəlxalq turnirdə

Bölmə adı Digər
Yayımlandı 6-05-2025, 11:29

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində bu gün start götürəcək 6-cı “Fazza Dubay” turnirində iştirak edəcək.

Milli Paralimpiya Komitəsindən Sport1.az-a verilən məlumata görə, idmançı SU5 kateqoriyasında mübarizə aparacaq.

Yarışa aprelin 11-də yekun vurulacaq.

Müəllif: Sport1.az