"Difai"nin prezidenti: "Əvəzedicilər Liqası ləğv olunmalıdır" - VİDEO
Bölmə adıManşet / Video
YayımlandıDünən, 21:27
31
"Difai" klubunun prezidenti Asəf Məlikov Azərbaycan futbolunda uzun illərdir müzakirə olunan Əvəzedicilər Liqasının taleyi ilə bağlı sərt və birmənalı mövqeyini ortaya qoyub.
Sport1.az-ın "YouTube" kanalında yayımlanan "Liqaların səsi" verilişinin qonağı olan klub rəsmisi heç bir rəqabəti qalmayan bir turniri təşkil etməkdənsə, gənc futbolçuların mübarizə ruhu yüksək olan Region Liqasında çıxış etməsinin qat-qat faydalı olduğunu vurğulayıb.
O, perspektivsiz çempionatların yerli futbola heç bir xeyir vermədiyini bildirib.