son dəqiqə SON DƏQİQƏ
“Kəpəz” I Liqa klubunu məğlub edib Yeni klubu bəlli oldu "Araz-Naxçıvan" "Neftçi"yə qarşı, "Şamaxı" "Turan Tovuz" səfərində - Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib” Zaur Həşimov: “Yeni transfer planlaşdırılmır” Güləşçimiz Dünya Çempionatının finalında Zirədə heyətlər bəlli oldu Kanoeçimiz Polşada keçiriləcək Dünya Çempionatında iştirak edəcək “Leypsiq”dən “Atalanta”ya “Qəbələ” - “Şəfa”: Dünya Çempionatında 4 cüdoçumuzun rəqibləri bəlli oldu

Bu klub iddialı layihə ilə Premyer Liqaya gəlir - FOTOLAR

Bölmə adı Futbol / Manşet
Yayımlandı 30-04-2025, 14:55

I Liqada 23 turdan sonra 44 xalla 2-ci pillədə qərarlaşan "İmişli" Premyer Liqaya vəsiqəni təmin edib.

Sport1.az xəbər verir ki, bölgə təmsilçisi artıq lisenziya məsələlərini həll edib. Klub tələb olunan 60 prosesin hamısını həyata keçirib.

Əldə etdiyimiz məlumata görə, AFFA "İmişli"yə lisenziya verəcək.

İndi əsas sual doğuran məqam komandanın ev oyunlarını harada keçirəcəyidir. Artıq bu məsələ də öz həllini tapıb. "Çəhrayı pələnglər" 2025/26 mövsümündə qarşılaşmalarını "ASCO Arena"da keçirəcək.

Bəs, "İmişli" yeni "futbol ili"də bütövlüklə Bakıda məskunlaşacaq?

Bu məsələ ilə bağlı redaksiyamıza informasiya daxil olub. Rəhbərlik AFFA İcraiyyə Komitəsinin Premyer Liqaya yüksələcək kollektivlərin maddi-texniki bazasının, infrastrukrurunun yaxşılaşdırması üçün verdiyi 1 illik möhlət imtiyazından maksimum yararlanmaq istəyir.

Artıq "İmişli"nin görəcəyi işlər də bəllidir. Arena əsaslı şəkildə təmir olunacaq. Oturacaqlar yenilənəcək. Suvarma sistemi dəyişdiriləcək. Elektron tablo və işıqlandırma sistemi quraşdırılacaq. Heydər Əliyev adına İmişli şəhər stadionunun ərazisində yeni baza tikiləcək. Burada standartlara cavab verən 6 təbii örtüklü meydança salınacaq. Yerli uşaqların futbolun sirrlərini öyrənməsi üçün akademiya tikiləcək. Komanda üzvlərinin yerləşməsi üçün bina, rəqiblərin, AFFA nümayəndələrinin, hakimlərin qalması üçün otel inşa ediləcək.

Artıq layihənin proyekti hazırdır. I Liqada mövsüm başa çatan kimi işlərə start veriləcək. Layihənin 7-8 ayda həyata keçirilməsi nəzərdə tutulub.

"İmişli"nin yeni bazasının baş planını diqqətinizə çatdırırıq:

Bu klub iddialı layihə ilə Premyer Liqaya gəlir





Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR