"Azərbaycan Şahmat Turu" çərçivəsində təşkil olunan "Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vuruldu.
Sport1.az xəbər verir ki, A qrupunda 9 turdan ibarət yarışda 8 xal toplayan Əhməd Əhmədzadə birinci yeri tutub.
Hərəyə 7 xalı olan Vüqar Manafovla Xəzər Babazadə 2-3-cü yerləri bölüşdürüb.
Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Xəzər Babazadə rapid, Tunar Davudov isə blitsdə birincilik əldə edib.
Bağlanış mərasimində qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub. Yarışın qalibi 5000 manat pul mükafatı qazanıb.
Turnirdə ümumilikdə 107 şahmatçı mübarizə aparıb. "Azərbaycan Şahmat Turu" çərçivəsində növbəti yarış "Vugar Gashimov Open" olacaq.