"Canni İnfantinonu və komandasını bu cür yüksək səviyyədə təşkilatçılığa görə təbrik edirəm. DÇ-2026 indiyə qədər baş tutan ən möhtəşəm tədbirlərdən biridir".
Sport1.az xəbər verir ki, bu sözləri Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump deyib.
O, ABŞ-yə dünyanın dörd bir yanından futbol azarkeşlərinin gəldiyini bildirib:
"Mundialla bağlı hər şeyin yaxşı getməsindən məmnunam. Ölkəmizə dünyanın müxtəlif ölkələrindən insanlar gəlmişdilər. Onlar bizim ölkəmizi həqiqətən sevirlər".
Tramp bu turniri ən böyük idman tədbirlərindən biri adlandırıb:
"DÇ-2026 indiyə qədər FİFA-nın bayrağı altında keçirilən istənilən turnirdən 4 dəfə daha böyük yarışdır. Bu mundialla bağlı hər kəsin gördüyü işlə fəxr edirik".
Xatırladaq ki, sayca 23-cü Dünya Kubokunun qalibi finalda Argentinanı məğlub edən İspaniya olub (0:1).