Almaniyalı müdafiəçi İngiltərə yolunda

Bölmə adı Futbol / Almaniya / İngiltərə
Yayımlandı Bu gün, 16:50

Almaniya yığmasının və “Leyptsiq”in müdafiəçisi David Raum İngiltərəyə yollanmağı planlaşdırır.


Sport1.az “The Sun”a istinadən xəbər verir ki, 28 yaşlı futbolçuya birdən-birə üç klubdan təklif alıb.


“Bornmut”, “Liverpul” və “Mançester Yunayted” Raum üçün dəvət göndərib.


Hazırda onun meneceri ilə danışıqlar davam edir. Alman müdafiəçinin “Leyptsiq”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.


O, “Qröyter Fürt”, “Hoffenhaym” komandalarının üzvü olub.