
“Qalatasaray” futbolçusu Qabriel Saranın transfer dəyərini müəyyən edib.
Sport1.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul təmsilçisi, adı İngiltərə klubları ilə hallanan yarımmüdafiəçi üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, Sara bu mövsüm “Qalatasaray”ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 6 və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu ay karyerasında ilk dəfə Braziliya yığmasına çağırılıb.