
II Liqada 17-ci turun “Şəmkir” – “Xankəndi” oyunu baş tutmayıb.
Sport1.az-a daxil olan məlumata görə, buna səbəb komandaların forma rənglərinin uyğun gəlməməsi olub.
Ev sahibi “Şəmkir” klubu əsas ağ-qırmızı formalarının yaxşı vəziyyətə gətirilməsi üçün Bakıya göndərildiyini, qarşılaşmaya yalnız göy rəngli ehtiyat dəstlə çıxa biləcəklərini bildirib.
Qonaq “Xankəndi” komandasının hər iki forma dəstinin də göy rəngdə olması səbəbindən uyğun seçim mümkün olmayıb və matçın keçirilməsi ləngiyib.
Məlumata görə, oyunun baş tutmasında maraqlı olan “Xankəndi” tərəfi rəqib komandaya ağ rəngli forma alınmasını təklif edib və qarşılaşmanın keçirilməsi üçün lazımi addımları atmağa hazır olduqlarını bildirib.