
Azərbaycanın yeniyetmə və gənc stolüstü tennisçiləri növbəti beynəlxalq yarışlarda qüvvələrini sınamaq üçün yola düşüblər.
Sport1.az xəbər verir ki, martın 9-dan 15-dək Almaniyanın Berlin və Çexiyanın Havirov şəhərlərində “WTT Youth Contender” turnirləri təşkil olunacaq.
Seçmə komandaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramin Cəfərovun rəhbərliyi altında altı idmançımız bu yarışlara qatılacaq.
Oğlanların mübarizəsində Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədli ölkəmizi təmsil edəcəklər.