son dəqiqə SON DƏQİQƏ

Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatçısı olub

Bölmə adı Tennis
Yayımlandı 25-04-2025, 22:34

Stolüstü tennisçi Onur Quluzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “WTT Youth Contender” turnirinin mükafatını qazanıb.

Sport1.az xəbər verir ki, qrup mərhələsində yerli idmançı Nidal Basiç və almaniyalı Pol Flemminq üzərində inamlı qələbələr qazanıb.

Onur 1/8 finalda Rumıniya təmsilçisi Raul Kreuçunu, ardınca Almaniya idmançısı Tien Nhia Ponqu məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Finala çıxış uğrunda görüşdə isə daha bir almaniyalı rəqibi Lukas Vanqa 2:3 hesabı ilə uduzan Onur Quluzadə yarışın bürünc medalına layiq görülüb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR