son dəqiqə SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer

"Rəqibi səhvə məcbur etməyə çalışacağıq"

Bölmə adı Milli
Yayımlandı 7-03-2026, 10:18

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan yığması ilə səfərdə keçiriləcək oyunöncəsi fikirlərini bildirib.


Sport1.az xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:


“Çox vacib oyuna çıxacağıq. Üç gün əvvəl evdə Şimali Makedoniya üzərində inamlı oyunla qələbə qazandıq. Düzdür, bəzi futbolçularımızda yüngül zədə var. Ancaq düşünürəm ki, həkimlərimiz matça qədər onları hazır vəziyyətə gətirə biləcəklər. Uzaq yol gəldiyimizi də nəzərə almaq lazımdır. Oyunçuları həm fiziki, həm də psixoloji cəhətdən hazırlamalıyıq. Bunu bacaracağımıza inanıram”.

Baş məşqçi səfərdə uğurlu nəticə qazanmaq istədiklərini söyləyib:


“Macarıstan yığması çox güclü komandadır. Futbolçuları fərdi cəhətdən yüksək keyfiyyətə malikdirlər. Andorra ilə ilk oyunda gözlənilməz şəkildə xal itirdilər. Bizimlə öz meydanlarında qarşılaşacaqları üçün maksimum dərəcədə hazırlaşıblar. Biz də tamamilə görüşə köklənmişik. Start fitindən sona qədər tempdən düşməməyə və rəqibi səhvə məcbur etməyə çalışacağıq. Buradan uğurlu nəticə ilə ayrılacağımıza inanıram”.


Qeyd edək ki, martın 7-də Felksutdakı “Panço Arena”da keçiriləcək Macarıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR