
Milanın “İnter” klubu baş məşqçi Kristian Kivu ilə müqaviləni uzatmağa hazırlaşır.
Sport1.az xəbər verir ki, insayder Nikolo Skiranın yaydığı məlumata görə, rumıniyalı mütəxəssis 2028-ci ilə qədər yeni sözləşmə imzalayacaq. Müqavilədə daha bir illik uzatma imkanı da nəzərdə tutulacaq. Bildirilir ki, Kivunun maaşı da artırılacaq.
45 yaşlı çalışdırıcı 2025-ci ilin iyunundan “neradzurri”yə rəhbərlik edir. O, daha əvvəl “Parma”da və “İnter”in gənclər komandalarında fəaliyyət göstərib.
Xatırladaq ki, fevralın 24-də Milan təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Norveçin Bodo-Qlimt” klubuna uduzaraq turnirlə vidalaşıb.