son dəqiqə SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer

Ayxan Abbasov: “Məncə, Bəhlulun epizodu ikinci “sarı” idi”

Bölmə adı Premyer Liqa
Yayımlandı 10-02-2026, 17:36

“Üzücü məğlubiyyət oldu. Hava şəraitini nəzərə alsaq, bu gün xarakter göstərmək lazım idi. İlk hissədə oyun daha çətin keçdi. Ümumi götürəndə, pis mübarizə aparmadıq. Təəssüf ki, oyunun sonlarında qollar buraxırıq. Futbolçuları bununla bağlı xəbərdarlıq edirik. Oyunçulardan bunu diqqətdə saxlamaqlarını istəyirdik. Sonda boşluq verdik və məğlub olduq. Qarşıdan gələn oyunlara hazırlaşacağıq”.


Sport1.az saytının məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 19-cu turunda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.


O, "Qarabağ"a qarşı kubok matçında da aqressiv oynamaları barədə fikrə belə münasibət bildirib:


“Oynadıqca bir-birimizi daha yaxşı tanıyırıq. Boşluqlardan istifadə etmək istəyirlər. "Qarabağ"a qarşı aqressiyasız oynamaq mümkünsüzdür. Ümumi götürsək, "Şamaxı" hər matç xarakter göstərir. Kubokun cavab görüşündə daha aqressiv oynamalıyıq”.


Mütəxəssis son dəqiqələrdəki əvəzetmələrin səhv olduğunu düşünmür:


 “Oruc özü əvəzetmə istədi, Kərim Rossi yorulmuşdu. Həmin anda müdafiədə boşluq yarandı. Komanda olaraq konsentrasiyamız çatmadı”.

A.Abbasov matçın sonlarında “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadəyə verilməyən ikinci sarı vərəqə epizodu barədə də danışıb:


“Məncə, ikinci “sarı” idi. Dirsək epizodu da var idi, müzakirə edilə bilər. Tam dəqiq baxmamışam. Bəlkə də, qaydalar çərçivəsindədir”.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR