son dəqiqə SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer

Rafinya: "Nəhayət, futbola baxan kimsə tapıldı"

Bölmə adı İspaniya
Yayımlandı 10-02-2026, 16:52

"Barselona"nın ulduz futbolçusu Rafinya "Cadena SER" tərəfindən təşkil edilən mərasimdə "Toreski" mükafatına - ilin ən yaxşı idmançısı adına layiq görülüb.


Sport1.az xəbər verir ki, braziliyalı vinger fərdi mükafatlar mövzusunda kifayət qədər iddialı və sərt açıqlamalar verib.


O, keçən mövsüm ona qarşı ədalətsizlik edildiyini vurğulayıb:


"Mənim üçün komanda uğurları hər şeydən önəmlidir. Amma fərdi mükafatların əhəmiyyətsiz olduğunu desəm, yalan olar. Necə bir mövsüm keçirdiyimi və harada ədalətsizlik edildiyini yaxşı bilirəm. Lakin bu, mənim nəzarətimdə olan bir şey deyil. Mənim işim meydandadır. Görünür, mükafatı almaq üçün səs verənlərlə dost olmaq lazımdır. Nə olursa olsun, göstərdiyim oyundan razıyam".


Futbolçu ona təqdim edilən mükafat barədə isə ironiya ilə, "nəhayət, oyunlara baxan kimsə tapıldı", - deyə bildirib.


Lamin Yamal ilə birlikdə etdiyi qol sevinclərinə də toxunan ulduz oyunçu, bu hərəkətlərin bir-birlərinə olan bağlılığı simvolizə etdiyini vurğulayıb:


"Bu sevinci sosial şəbəkələrdə tapdıq və birlikdə necə edəcəyimizi müzakirə etdik. Hər dəfə qol vuranda bunu etmək bir-birimizə olan sevgimizin göstəricisidir".

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR