son dəqiqə SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer

"İmişli"nin yeni transferi "Kəpəz"lə görüşdə məyus olub - MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 10-02-2026, 13:45

Misli Premyer Liqasının 19-cu turunda “İmişli” “Kəpəz”lə qolsuz bərabərə qaldı – 0:0.


Qarşılaşmadan sonra “pambıqçılar”ın üzvü Dieqo Kardozu Sport1.az-ın suallarını cavablandırdı...


Həmin müsahibəni təqdim edirik...


– "İmişli"nin heyətində ilk rəsmi oyununu keçirdin. Qarşılaşma ilə bağlı nə deyə bilərsən?


– Əlbəttə ki, hamımız qalib gəlmək istəyirdik. Komandama kömək etməyə çalışdım, əlimdən gələni etdim. İndi isə bütün diqqətimizi növbəti oyuna hazırlaşmağa yönəltmişik.


– Baş məşqçiniz Jorj Kaşkilya portuqaliyalıdır. "İmişli"yə gəlməyində onun təsiri oldu?


– Çempionatın rəqabətli olmağından məlumatım var idi. Baş məşqçinin portuqaliyalı olması prosesi daha da sürətləndirdi. Bu çempionatda oynamaq istəyi məndə var idi. "İmişli"də özümü göstərmək niyyətindəyəm.


– Qarşına qoyduğun məqsəd nədir?


– Əsas hədəfim komandaya kömək etməkdir. Tez zamanda adaptasiya olmaq və qısa müddətdə komandaya kömək olmaq istəyirəm. Hər oyuna qələbə qazanmaq məqsədi ilə meydana çıxırıq.


-- İkinci hissədə bir epizodda əlverişli mövqedə olsan da, ötürmə verdin. Həmin an qapıya zərbə vurmaq daha doğru qərar olmazdı?


– Bu, oyun epizodu idi. Komanda yoldaşımı daha əlverişli mövqedə gördüm. Bu səbəbdən ötürmə etmək qərarına gəldim. Oyunun sonuna qədər qapıya zərbə endirə bilmədiyim üçün bir az məyus oldum.


– Azarkeşlərin səndən gözləntiləri var. Onlara nə demək istəyirsən?


– Komanda olaraq meydanın hər qarışı uğrunda mübarizə aparırıq. Hər oyuna qələbə qazanmaq məqsədi ilə çıxırıq. Azarkeşlərin dəstəyi bizim üçün çox önəmlidir. Onları oyunlarımıza dəvət edir, dəstək olmağa çağırıram.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR