SON DƏQİQƏ
İspaniyanın "Real" klubu İngiltərənin "Liverpul" komandasının futbolçusu İbrahima Konateyə beşillik müqavilə təklif edib.
Sport1.az xəbər verir ki, hazırda tərəflər arasında danışıqlar aparılır.
Fransa millisinin müdafiəçisinin Mersisayd təmsilçisi ilə müqaviləsinin müddəti yayda başa çatacaq. 26 yaşlı oyunçu Səudiyyə Ərəbistanından gələn təklifləri rədd edib.
Qeyd edək ki, İbrahima Konate cari mövsüm 31 matçda 2 qola imza atıb.