son dəqiqə SON DƏQİQƏ
"Qarabağ" futbolçusu ilə vidalaşıb ● CEV Çelenc Kuboku: Təmsilçisimiz Danimarka klubunu məğlub etdi ● "Zirə" çətinliklə mərhələ adladı ● "Sumqayıt"dan 11 qolluq qələbə ● "Marafon" - "Zaqatala" cütünün taleyini bu qol həll etdi ● FİBA Çempionlar Liqası: "Sabah" Fransa klubunu məğlub edib ● Azərbaycan Kuboku: Premyer Liqa klubu 6 qolla növbəti mərhələdə ● "Difai"nin prezidenti: "Əvəzedicilər Liqası ləğv olunmalıdır" ● Bakı şəhər birinciliyi üzrə bütün qaliblər müəyyənləşib ● Azərbaycan Kuboku: Premyer Liqa klublarının hamısı növbəti raundda ● Rəhim Həsənov bu matçdakı penalti qərarının yanlış olduğunu açıqladı ● Güləş üzrə Dünya Çempionatı: Yunan-Roma güləşçilərimiz 2-ci oldu ● DÇ: Həsrət Cəfərovdan uğursuz çıxış ● U-23 Avropa Çempionatı: Ölkəmizi təmsil edəcək cüdoçular bəlli olub ● Çempionlar Liqası: "Araz-Naxçıvan" turnirə qələbə ilə start verdi ● Güləş üzrə Dünya Çempionatı: Nihat finalda erməni rəqibinə məğlub olub ● "Turan Tovuz" - "Sabah" matçının biletləri 2 manatdan satışa çıxarılıb ● Murad "Pafos"un heyətində sonradan oyuna daxil olsa da... ● QƏRAR: "Sumqayıt"ın "Şəfa" ilə ev oyununun yeri dəyişdirilib ● Millimizin üzvü mükafatlandırıldı ● Azərbaycan çempionatının yeni mövsümünün püşkatması olub ● Arsen Venger ustad dərsi keçib ● Hidayət Heydərov qərarını açıqladı ● Abşeron-Xızı çempionatı keçiriləcək ● "Sabah"ın futbolçusu rəhbərliyə 1,2 milyonluq vingeri məsləhət gördü ● Günün oyunları: ● Qadın güləşçilərimiz 1/8 finalda uduzdu, Abbasov medalsız qaldı ● Millimiz yığmanı məğlub etdi ●

“Bu qələbə gələcək oyunlar üçün açar oldu”

Bölmə adı Milli
Yayımlandı 26-01-2026, 12:09

Danimarka yığması ilə keçirilən yoldaşlıq oyunlarından sonra futzal üzrə Azərbaycan millisinin üzvü Fərid Abbasov fikirlərini bölüşüb.


Sport1.az xəbər verir ki, oyunçu Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları deyib:


“Əvvəlcə bizi dəstəkləmək üçün arenaya gələn azarkeşlərimizə təşəkkür edirəm. İki fərli oyun oldu. Birinci görüşdə səhvlərimiz həlledici oldu və rəqib bundan maksimum yararlandı. Yekunda məğlub olduq. Nəzərə alsaq ki, milli 8 aydan çoxdur oyun keçirmir, üstəlik, heyətimizə yeni futzalçılar da cəlb olunub, müəyyən qədər anlaşılandır. Baş məşqçi oyunu analiz etdi, bizə də səhvlərimizi göstərdi və ikinci oyun üçün təlimatlarını verdi. Bacardığımız qədər mübarizə apardıq, sonluq isə bizim üçün əla alındı.


Bir qol vurmağım və məhsuldar ötürmə etməyim verilən tapşırıqları yerinə yetirməyimin nəticəsidir. Baş məşqçi hər zaman məsləhət bilir ki, əgər özünə, oyunçunu keçə biləcəyinə inanırsansa, cəhd elə, fərdi keyfiyyətlərindən istifadə et. Qolun ötürməsi zamanı da gördüm ki, rəqibi keçə bilərəm, sona qədər davam etdim. Bu qələbə gələcək oyunlar üçün açar oldu. Əsas odur ki, özümüzə inanaq və çox çalışaq”.


Qeyd edək ki, yanvarın 22-də Danimarka yığması ilə keçirilən ilk oyunda rəqib 4:1 hesabı ilə qalib gəlib. Yanvarın 24-də baş tutan ikinci matçda isə komandamız 4:2 hesablı qələbə qazanıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR