
Jurnalist Ben Ceykobs “X” səhifəsində maraqlı paylaşım edib.
Sport1.az xəbər verir ki, həmkarımız Kriştiano Ronaldonun 2027-ci ildə karyerasını başa vuracağını bildirib.
Həmin vaxt portuqaliyalının "Əl-Nəsr"lə müqaviləsi başa çatacaq. Ronaldo düşünür ki, həmin vaxt kariyerası ərzində1000-ci qolu da vurmuş olacaq.
Qeyd edək ki, hücumçu indiyə kimi 960 dəfə rəqibləri məyus edib.