
FİFA referisi Əliyar Ağayev UEFA-dan daha bir təyinat alıb.
Sport1.az xəbər verir ki, 39 yaşlı hakim bu həftə UEFA Avropa Liqasının əsas mərhələsində meydanda olacaq. Ağayev yanvarın 22-də İsveçrədə keçiriləcək “Yanq Boyz” – “Lion” qarşılaşmasını idarə edəcək.
Bu oyunda ona yan xətt hakimləri kimi Zeynal Zeynalov və Akif Əmirəli assistentlik edəcəklər. Dördüncü hakim funksiyası isə Tural Qurbanova həvalə olunub.