Vüsal 78 dəqiqə oynadı, komandası...

Bölmə adı Milli
Yayımlandı 20-01-2026, 10:49

Albaniya Super Liqasında 20-ci turu oyunları keçirilib.


Sport1.az xəbər verir ki, “Partizani” “Teuta” ilə qarşılaşıb. Oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Vüsal İsgəndərli bu görüşdə start heyətində meydana çıxıb. Millimizin üzvü 78-ci dəqiqədə əvəzlənib.


Qeyd edək ki, hazırda “Partizani” 26 xalla 5-ci pillədə qərarlaşıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR