
İspaniya Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
Sport1.az xəbər verir ki, mərhələdə La Liqanı təmsil etməyən yeganə kollektiv “Albasete”dir. Aşağı liqa təmsilçisi 1/8 finalda Madrid “Real”ını turnirdən kənarlaşdırıb.
1/4 finalın cütləri belədir:
“Albasete” – “Barselona”
“Alaves” – “Real Sosyedad”
“Valensiya” – “Atletik”
“Real Betis” – “Atletiko”
Qeyd edək ki, 1/4 final oyunları fevralın 3–5-də keçiriləcək.