
“Barselona” və “Jirona” qapıçı Mark-Andre ter Ştegenin icarə əsasında keçidi ilə bağlı razılığa gəlib.
Sport1.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, klublar şifahi şəkildə bütün şərtləri razılaşdırıb. Alman qolkiper də “Jirona”ya keçməyə razılıq verib.
İcarə müqaviləsi mövsümün sonuna – 2025/26 mövsümünün yekununadək nəzərdə tutulur və yaxın günlərdə rəsmi rəsmiləşmə gözlənilir.
Qeyd edək ki, 33 yaşlı qapıçı 2014-cü ildən “Barselona”nın formasını geyinir. Cari mövsümdə isə əsas heyətdə az şans qazanan təcrübəli futbolçu cəmi bir oyunda – İspaniya Kubokunda “Qvadalaxara”ya qarşı matçda meydana çıxıb.