
Karlo Ançelotti “Real”ın “Levante” ilə oyununu tribunadan izləyib.
Sport1.az xəbər verir ki, Braziliya millisinin baş məşqçisi olan italiyalı mütəxəssis görüşü prezident lojasından tamaşa edib. Onun əsas məqsədinin “Real”ın hücumçusu Vinisius Juniorun çıxışını yaxından izləmək olduğu bildirilir. Ançelotti ilə birlikdə Braziliya Futbol Konfederasiyasının nümayəndə heyəti də stadionda olub. Zədə səbəbindən meydana çıxa bilməyən Rodriqo isə matçı tribunadan izləyib.
Qeyd edək ki, “Levante”yə qarşı 2:0 hesablı qələbə “Real”ın yeni baş məşqçisi Alvaro Arbeloanın La Liqadakı debüt oyunu olub.