son dəqiqə SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer

“Real”da Klopp dövrü: Müdafiə və hücum xəttində yenilənmə planı

Bölmə adı İspaniya
Yayımlandı 17-01-2026, 16:16

Almaniyalı mütəxəssis Yurgen Klopp Madrid “Real”ını çalışdıracağı təqdirdə komandada ciddi dəyişikliklər istəyəcək.


Sport1.az xəbər verir ki, bu barədə “TEAMtalk” nəşri məlumat yayıb. 58 yaşlı məşqçi “kral klubu”nun heyətinin bir neçə mövqedə gücləndirilməsini vacib sayır.


Klopp ilk növbədə iki yeni mərkəz müdafiəçisinin transferini istəyir. Namizədlər sırasında “Bavariya”nın üzvü Dayot Upamekano yer alır. Mütəxəssis “Kristal Pelas”ın futbolçusu Mark Gehi ilə də maraqlanıb, lakin ingilis müdafiəçi “Mançester Siti”yə keçməyə yaxındır.


Bundan başqa, Klopp sol cinah müdafiəçisi mövqeyində də güclənməyə ehtiyac olduğunu düşünür və bu mövqe üçün “Bornmut”dan Aleks Ximenesi nəzərdən keçirir. Alman çalışdırıcı mərkəz yarımmüdafiəyə də yeni oyunçu cəlb olunmasını istəyir. Onun siyahısında “Nyukasl”dan Bruno Gimaraynş və “Ştutqart”dan Anqelo Ştiller var.


Sağ cinah hücumçusu mövqeyində də yenilənmə planlaşdıran Kloppun alternativlərindən biri Dortmund “Borussiya”sının futbolçusu Kərim Adeyemidir.


Qeyd edək ki, daha əvvəl yayılan xəbərlərdə Yurgen Kloppun növbəti mövsümdən etibarən “Real”ın baş məşqçi postuna əsas namizədlərdən biri olduğu bildirilirdi.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR