son dəqiqə SON DƏQİQƏ
"Qarabağ" futbolçusu ilə vidalaşıb ● CEV Çelenc Kuboku: Təmsilçisimiz Danimarka klubunu məğlub etdi ● "Zirə" çətinliklə mərhələ adladı ● "Sumqayıt"dan 11 qolluq qələbə ● "Marafon" - "Zaqatala" cütünün taleyini bu qol həll etdi ● FİBA Çempionlar Liqası: "Sabah" Fransa klubunu məğlub edib ● Azərbaycan Kuboku: Premyer Liqa klubu 6 qolla növbəti mərhələdə ● "Difai"nin prezidenti: "Əvəzedicilər Liqası ləğv olunmalıdır" ● Bakı şəhər birinciliyi üzrə bütün qaliblər müəyyənləşib ● Azərbaycan Kuboku: Premyer Liqa klublarının hamısı növbəti raundda ● Rəhim Həsənov bu matçdakı penalti qərarının yanlış olduğunu açıqladı ● Güləş üzrə Dünya Çempionatı: Yunan-Roma güləşçilərimiz 2-ci oldu ● DÇ: Həsrət Cəfərovdan uğursuz çıxış ● U-23 Avropa Çempionatı: Ölkəmizi təmsil edəcək cüdoçular bəlli olub ● Çempionlar Liqası: "Araz-Naxçıvan" turnirə qələbə ilə start verdi ● Güləş üzrə Dünya Çempionatı: Nihat finalda erməni rəqibinə məğlub olub ● "Turan Tovuz" - "Sabah" matçının biletləri 2 manatdan satışa çıxarılıb ● Murad "Pafos"un heyətində sonradan oyuna daxil olsa da... ● QƏRAR: "Sumqayıt"ın "Şəfa" ilə ev oyununun yeri dəyişdirilib ● Millimizin üzvü mükafatlandırıldı ● Azərbaycan çempionatının yeni mövsümünün püşkatması olub ● Arsen Venger ustad dərsi keçib ● Hidayət Heydərov qərarını açıqladı ● Abşeron-Xızı çempionatı keçiriləcək ● "Sabah"ın futbolçusu rəhbərliyə 1,2 milyonluq vingeri məsləhət gördü ● Günün oyunları: ● Qadın güləşçilərimiz 1/8 finalda uduzdu, Abbasov medalsız qaldı ● Millimiz yığmanı məğlub etdi ●

Qurban Qurbanov Qarayevin yeni təyinatından danışdı

Bölmə adı Milli
Yayımlandı 13-01-2026, 16:48

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabiq futbolçusu Qara Qarayevin Azərbaycanın U-21 millisində məşqçi heyətinə cəlb olunmasına münasibət bildirib.


Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərə açıqlamasında Qarayevin bu vəzifədə faydalı olacağına inandığını deyib:


“Qara Qarayev U-21 millimizə ancaq faydalı ola bilər. Başqa cür düşünməyə heç ehtiyac da yoxdur. Çünki məşqçiliyə tez başlaması gələcəkdə onun özünə, karyerasına daha faydalı ola bilər”.


Qeyd edək ki, Qara Qarayev hələ futbolçu karyerasını başa vurduğunu açıqlamayıb. Azərbaycan millisinin və “Qarabağ”ın sabiq üzvü U-21 yığmasında analitik vəzifəsinə təyin olunub. Onun son klubu isə bir neçə gün əvvəl ayrıldığı “Araz-Naxçıvan” olub.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR