
Rusiyanın “Torpedo” klubu azərbaycanlı futbolçunu heyətinə qatıb.
Sport1.az xəbər verir ki, Moskva təmsilçisi U-19 millimizin sabiq üzvü Sadiq Baqiyevlə uzunmüddətli müqavilə imzalayıb. 22 yaşlı yarımmüdafiəçi ilə razılaşma 2029-cu ilin iyun ayınadək nəzərdə tutulub.
Yeni komandasında 66 nömrəli forma geyinəcək Baqiyev karyerası ərzində Rusiyanın bir sıra klublarında çıxış edib. O, daha əvvəl “Kuban-Holdinq”, “Spartak” (Tambov) və “SKA-Xabarovsk” klublarının formasını geyinib.