
“Mançester Yunayted” mövsümün sonunadək komandanı Maykl Karrikin çalışdırmasına qərar verib.
Sport1.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Klub 44 yaşlı mütəxəssislə razılıq əldə edib və o, mövsümün sonuna qədər baş məşqçi vəzifəsini icra edəcək.
Karrik 2018–2021-ci illərdə “Mançester Yunayted”in məşqçilər korpusunda yer alıb, 2021-ci ilin noyabr–dekabr aylarında isə komandanı müvəqqəti baş məşqçi kimi çalışdırıb. Daha əvvəl bu posta Ole Qunnar Sulşerin də namizəd olduğu bildirilirdi.
Qeyd edək ki, “qırmızı şeytanlar” Premyer Liqada 21 turdan sonra 32 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Klub yanvarın 5-də baş məşqçi Ruben Amorimlə yollarını ayırmışdı