son dəqiqə SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer

Simeone Peres və Vinisiusdan üzr istədi

Bölmə adı İspaniya
Yayımlandı 12-01-2026, 19:06

“Atlético”nun baş məşqçisi Dieqo Simeone İspaniya Super kubokunun yarımfinalında baş verən qalmaqalla bağlı “Real” klubunun prezidenti Florentino Peres və futbolçu Vinisius Juniordan üzr istəyib.


Sport1.az xəbər verir ki, derbi zamanı Simeonenin Vinisiusa ünvanladığı ifadələr ciddi müzakirələrə səbəb olub. Qarşılaşma gedişində argentinalı mütəxəssis braziliyalı hücumçunu təxribata çəkməyə çalışıb və bu vəziyyət texniki zonada gərginliyə yol açıb. Hətta epizodlardan birində “Real”ın baş məşqçisi Xabi Alonso müdaxilə edərək Simeoneyə öz futbolçularına fokuslanmağı tövsiyə edib.


Matçdan sonra açıqlama verən Simeone davranışına görə peşman olduğunu bildirib: “Cənab Florentino və Vinisiusdan üzr istəyirəm. Bu cür davranmaq düzgün deyildi və səhv etdiyimi qəbul edirəm. Qalib gələn komanda növbəti mərhələyə layiq idi”.


Qeyd edək ki, sözügedən yarımfinalda “Real” “Atlético”nu 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Daha sonra madridlilər həlledici oyunda “Barselona”ya 2:3 hesabı ilə uduzub.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR