
Almaniya Bundesliqasında dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Sport1.az xəbər verir ki, Münhen “Bavariya”sının hücumçusu Harri Keyn bu ada layiq görülüb. Bu barədə Bundesliqanın rəsmi saytı məlumat yayıb.
Mükafata namizədlər arasında Maykl Olise və Yosip Stanişiç (“Bavariya”), Patrik Vimmer (“Volfsburq”), Yan Diomande və Kristof Baumqartner (“Leyptsiq”) də yer alıb.
Qeyd edək ki, Harri Keyn dekabr ayında Bundesliqada keçirdiyi 3 oyunda 5 qol vurub.