
“Liverpul” cinah xəttini gücləndirmək üçün “Bavariya”nın vingeri Maykl Oliseni izləməkdə davam edir.
Sport1.az xəbər verir ki, TEAMtalk-ın məlumatında Olisenin Salahın mümkün gedişindən sonra əsas namizədlərdən biri olduğu bildirilir. Lakin insayder Din Cons transferin real görünmədiyini deyib. Onun sözlərinə görə, “Bavariya” 23 yaşlı futbolçunu satmaq niyyətində deyil, Olise də Münhendə qalmağa üstünlük verir.
Bununla belə, Mersisayd təmsilçisi yalnız Olise ilə kifayətlənmir və alternativlər siyahısını da geniş saxlayır. Mətbuatda “Tottenhem”dən Mikki van de Ven, “Real Madrid”in hücumçusu Rodriqo və “Kristal Peles”in müdafiəçisi Mark Qehi ilə bağlı ehtimallar gündəmdədir.