SON DƏQİQƏ
“Çelsi”nin yeni baş məşqçisi müəyyənləşib.
Sport1.az xəbər verir ki, London klubu Liam Rosenyoru baş məşqçi vəzifəsinə təyin edib. İngiltərə təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, 41 yaşlı mütəxəssislə 2032-ci ilin yayına qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, Liam Rosenyor 2024-cü ilin yayından Fransanın “Strasburq” klubunu çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2025/26 mövsümündə Konfrans Liqasının qrup mərhələsini qalib kimi başa vurub və hazırda Liqa 1-də 7-ci pillədə qərarlaşıb. Mütəxəssis daha əvvəl “Hall Siti”nin də baş məşqçisi olub.
Xatırladaq ki, yanvarın 1-də “Çelsi” Enzo Mareska ilə yollarını ayırmışdı. London klubu hazırda İngiltərə Premyer Liqasında 20 turdan sonra 31 xalla 5-ci yerdə qərarlaşıb.