son dəqiqə SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer

Mareska səssizcə getdi – “Çelsi”də ayrılığın pərdəarxası detalları ortaya çıxdı

Bölmə adı İngiltərə
Yayımlandı 3-01-2026, 09:30

“Çelsi”nin baş məşqçisi Entso Mareska ilə yolların ayrılmasının detalları üzə çıxıb.


Sport1.az xəbər verir ki, “The Athletic” nəşrinin yaydığı məlumata görə, italiyalı mütəxəssis “Bornmut”la 2:2 hesablı heç-heçə ilə başa çatan oyundan sonra komanda ilə faktiki olaraq vidalaşıb. Mareska qarşılaşmadan sonra keçirilən mətbuat konfransında iştirak etməyib, onun əvəzinə assistenti jurnalistlərin qarşısına çıxıb.


Qeyd olunur ki, Mareska matçdan dərhal sonra paltarını dəyişərək stadionu tərk edib və futbolçularla heç bir söhbət aparmayıb. İlk anda səhhəti ilə bağlı problem yaşadığı ehtimal edilsə də, bu məlumat təsdiqini tapmayıb. Klub daxilindəki mənbələr həmin vaxt mütəxəssisin artıq ayrılıq qərarına kökləndiyini bildiriblər.


“Çelsi” rəhbərliyi əvvəlcədən Mareskanın fəaliyyətinə iki illik qiymətləndirmə müddəti ayırmağı planlaşdırsa da, prosesi vaxtından əvvəl dayandırmağa qərar verib. Futbolçular isə oyundan sonra baş verənlərdən xəbərsiz olublar. Yalnız “Stemford Bric”dən evə qayıdarkən vəziyyətlə bağlı şübhələr yaranıb. Bir qədər sonra isə komandaya bərpa məşqinin ləğv edildiyi və iki gün istirahət veriləcəyi barədə məlumat göndərilib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR