son dəqiqə SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer

“Sevilya”nın taleyi Ramosun əlində?

Bölmə adı İspaniya
Yayımlandı 2-01-2026, 13:29

İspaniyalı müdafiəçi Serxio Ramos “Sevilya” klubunu almaq niyyətindədir.


Sport1.az xəbər verir ki, bu barədə COPE radiosu məlumat yayıb. Mənbənin iddiasına görə, 39 yaşlı futbolçu “Sevilya”nı satın almaq istəyən investorlar qrupuna rəhbərlik edir. Ramosun təqdim etdiyi təklif klub tarixində indiyədək daxil olan ən yüksək maliyyə paketi kimi dəyərləndirilir.


Məlumata görə, sövdələşmə baş tutacağı təqdirdə Serxio Ramos “Sevilya”nın prezidenti postuna keçəcək. Təcrübəli müdafiəçi futbolçu kimi də məhz bu klubun yetirməsidir. O, əsas komandanın heyətində 2004–2005-ci illərdə və 2023/24 mövsümündə çıxış edib.


Ramos karyerası ərzində “Real Madrid”, PSJ və Meksikanın “Monterrey” klubunun da formasını geyinib. O, sonuncu klubu 2025-ci ilin dekabr ayının əvvəlində tərk edib.


Qeyd edək ki, Serxio Ramos futbolçu karyerasında 5 dəfə İspaniya çempionu, 2 dəfə Fransa çempionu, 4 dəfə Çempionlar Liqasının qalibi olub. İspaniya millisi ilə isə dünya çempionluğu və iki Avropa çempionluğu qazanıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR