
“Barselona” klubunun sabiq vitse-prezidenti Karles Vilarubi vəfat edib.
Sport1.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi rəsmi sosial şəbəkə hesabları vasitəsilə məlumat əlavə edib. Ölümün səbəbi açıqlanmayıb.
Karles Vilarubi 2010-cu ilin 1 iyulundan 2017-ci ilin 1 oktyabrınadək klubda vitse-prezident vəzifəsini icra edib. Onun “Barselona” ilə bağlılığı hələ gənc yaşlarından başlayıb. Belə ki, Vilarubi vaxtilə katalon klubunun xokkey komandasında çıxış edib, daha sonra isə idarəetmə sahəsində uzun illər fəaliyyət göstərib.
Futboldan kənarda da tanınmış sima olan Vilarubi sahibkarlıq fəaliyyəti ilə yanaşı, qastronomiya sahəsində də nüfuz qazanıb. O, Müqəddəs Georgi Xaçı ordeni ilə təltif olunub və Kataloniya Qastronomiya və Qidalanma Akademiyasına rəhbərlik edib.