
Davide Frattezi karyerasını Türkiyədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, "İnter"in üzvü ilə "Fənərbağça" yaxından maraqlanır.
Məlumatı "SportMediaset" nəşri yayıb. İstanbul nəhəngi bu keçid üçün 40 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm Milan klubunun heyətində 14 qarşılaşmada 2 məhsuldar ötürmə edib.