
“Qarabağ” Antalyada keçiriləcək təlim-məşq toplanışı çərçivəsində FKSB-yə yoldaşlıq oyunu keçirməyi təklif edib.
Sport1.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb. “Prima Sport” nəşrinin yazdığına görə, Buxarest təmsilçisi bu təklifi qəbul etməyib. Klub qərarını psixoloji məqamlar və oyun təqvimi ilə əsaslandırıb.
FKSB-nin direktoru Mixay Stoyka mövzu ilə bağlı açıqlamasında bunları deyib: “Qarabağ” bizə yoldaşlıq oyunu keçirmək istəyib-istəmədiyimizi soruşdu. Amma bu, komandamızın əhval-ruhiyyəsinə təsir göstərə bilərdi. Onlar yanvarın 12-də oynamaq istəyirdilər, bizim isə yanvarın 16-da Piteştidə “Argeş”lə rəsmi matçımız var”.
Qeyd edək ki, Ağdam təmsilçisi qış hazırlığı zamanı Antalyada iki yoxlama görüşü keçirməyi planlaşdırır. FKSB isə Türkiyə toplanışı çərçivəsində “Beşiktaş”la üz-üzə gələcək.