Dekabrın 25-də cüdo üzrə 14 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib.
Sport1.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 103 klub və idman cəmiyyətindən ümumilikdə 18 çəki dərəcəsi üzrə 430 idmançı (329 oğlan, 101 qız) mübarizəyə qoşulub.
Turnirin ilk günündə 137 cüdoçu tatamiyə çıxıb. Qızlar -36 kq, -48 kq, -63 kq, oğlanlar isə -38 kq, -50 kq və -66 kq çəki dərəcələrində qüvvəsini sınayıb.
Birinci yarış gününün mükafatçıları bunlardır:
Qızlar
-36 kq
- Ləman Bağırova (Naxçıvan UGİM)
- Fəridə Rəhimli (Naftalan UGİM)
- Gülşən İmanova (Biləsuvar OİK)
- Ayan Məmmədli (RKİM)
-48 kq
- Yağmur Abdullayeva (Şuşa UGİM)
- Mələk Vəliyeva (Qədiroğlu İK)
- Zəhra Səfərova (Goranboy UGİM)
- Firəngiz Kamilova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
-63 kq
- Məleykə Əsədova (Şahin 313 İK)
- Nəzrin Xəlilova (ACF)
- Rəfiqə Ələkbərova (Judo Club 2012)
Oğlanlar
-38 kq
- Muhəmməd Eyvazlı (ROİL)
- Əfsan Cabbarov (Şuşa UGİM)
- Rəhim Manaflı (Evolution Judo Club)
- Sədrəddin Şıxəhmədov (Sumqayıt şəhəri İOEUGİM)
-50 kq
- Eldar Xəlilov (Goranboy OİK)
- Məhərrəm Bayramlı (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
- Nicat Əliyev (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
- İmran Salahov (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
-66 kq
- Hüseyn Ələsgərov (Qəbələ şəhər İK)
- Yaqub Əliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
- Hüseyn Quliyev (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
- Ramal Cəfərli (Sumqayıt şəhəri İOEUGİM)