17:30 21.12.2025 60

"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" – Qurban Qurbanov

"Qarabağ" Misli Premyer Liqasının 16-cı turunda səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etdi.

Sport1.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı:

"Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal əldə etdik. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Sanki oyundan çox, futbolçuları düşünürdüm. İstəyirdim ki, ili sağlam başa vursunlar. Üç xal yerinə düşdü. "Qəbələ" bütün oyunlarda çox yaxşı mübarizə aparır. Onlara uğurlar arzulayıram. Daha çox xala layiqdirlər. Kaxaber Tsxadadze ilə rəqib olmaq mənim üçün həmişə maraqlı olub. Burada bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm".

- Kamilo Duran tez-tez sürüşürdü. Bu, meydançanın durumu ilə bağlı idi?

- Tək Duran yox, çox futbolçu sürüşürdü. Sonradan oyuna girəndə futbolçunun hazırlığı yüksək səviyyədə olmur.

- 2025-ci ili necə dəyərləndirirsiniz?

- Çox yaxşı. Narazılıqlar da oldu, uğurlarımız da. Mən bu kollektivin içindəyəm. Futbolçuların nələr çəkdiklərini görürürəm. Elə durumdayıq ki, hər kəs bizdən razı qalmalıdır. Çox gərgin il keçirdik. Çempionlar Liqasının səviyyəsi daha da yüksəkdir. Burada daha çox güc sərf edirsən. Tam başqa səviyyədir. Futbolçular bu cür təzyiqə dözüblərsə, onlardan çox razı qaldım. 2025-ci il Azərbaycan futbolçu üçün uğurlu oldu. Çempionlar Liqasında iştirak etdik, qələbələr qazandıq. 

- İlin ən yaxşı futbolçusu kimi hesab edirsiniz?

- Bu barədə düşünməmişəm. Yerli futbolçuların hamısını görürəm. Kiminsə adını desəm, bəlkə də yanlışlığıa yol vermiş olaram. Kim seçilsə, fərq etməz, hər biri özümüzünküdür. Bəlkə də Bəhlul daha stabil oynadı. Elvin Cəfərquliyevin də yaxşı oyunları oldu. 

- Qışda komandanı tərk edəcək futbolçu olacaq?

- Bəzi futbolçulara rəsmi olmayan təkliflər var. Sanki komandada qarışıqlıq başlayıb. Çempionlar Liqasının qarşıdakı oyunları üçün siyahiya kimisə əlavə edə bilmərik. Ona görə də kiminsə getməsini istəmirəm.

- "Qarabağ" Juninyo üçün rəsmi təklif göndərmişdi?

- Bizim onu geri qaytarmağımız real görünmürdü. Ona görə də bununla bağlı ciddi söhbətimiz olmayıb. Mən onun "Sevilya"ya getməsini istəyirdim. Amma "Flamenqo" braziliyalı futbolçuların arzuladığı klubdur. Bəlkə də, buna görə oranı seçdi. 

- Pedro Bikalyonun adı Braziliya klubları ilə hallanır...

- Bəli, təklif olub. Bura "Qarabağ"dır, uşaq bağçası deyil. Bizə gələn təkliflər ciddi olmalıdır. Sanki futbolçuların fikrini yayındırırlar. Futbolda küçə danışığı olmamalıdır. Menecerləri, klub rəsmilərini nəzərdə tuturam. Futbolçuların da "başı" gedir. Onlara yaxşı təklif edirlər, kluba isə az məbləğ təklif olunur. Pul bunların gözünü örtüb. Belə yanaşmaq olmaz. O qədər lazımsız, keyfiyyətsiz zənglər gəlir, düşünürsən ki, doğrudanmı bu zənglər klublardan gəlir? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təkliflər var. Biri Yaponiyadan, biri Dubaydan zəng edir.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

17:35

“Sumqayıt” - “Neftçi”: HEYƏTLƏR

17:25

Premyer Liqada 26-cı tur start götürür - YENİLƏNİR

16:35

Ayın ən yaxşı qolunun müəllifi açıqlanıb

15:45

Qvineyalı hücumçu “Dortmund”dan ayrılmaq istəyir

15:17

“Qalatasaray” Uruqvay millisinin üzvü ilə maraqlanır

14:42

“Kəpəz” - “Qəbələ”: HEYƏTLƏR

13:50

Rəhim Həsənov nədən qorxur? - YAZI

12:45

"Bu 2 həftəlik ara “Kəpəz”in xeyrinə olacaq” - Azər Bağırov

11:57

Əliyar nə etdiyinin fərqindədir? - YAZI

10:44

Millimizin üzvü darmadağına sevindi

10:17

Nəriman oynadı, komandası qələbə qazandı

09:46

"Nyukasl" Trippyerlə bağlı qərarını verdi

00:25

“Bakı-Xankəndi” beynəlxalq veloyarışı üzrə hazırlıqlar müzakirə olunub

23:57

Braziliya millisinin üzvü karyerasını sonlandırdı

23:26

Əvəzedicilər Liqası: XXII tura start verilib

22:54

Avropa Kuboku: Cüdoçularımız ilk günü 13 medalla başa vurub

22:24

8 boksçumuz beynəlxalq turnirində yarımfinala yüksəlib

21:56

Ölkə birinciliyində yarımfinal mərhələsinə yekun vurulub

21:28

“Qarabağ” beynəlxalq turnirdə iştirak edib

20:52

Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib

20:27

Kadi Borges: “Tam hazır deyiləm, amma komandama kömək edəcəyəm”

20:05

Mahir oynadı, komandası qələbə qazandı

19:31

ABL: “Sumqayıt” məğlub oldu

19:11

İvan Lepiniça: “Rəqib “Qarabağ”dırsa, iş daha da çətinləşir”

18:55

“Nyukasl” kapitanı ilə bağlı qərarını verdi

18:27

Gəncədə cüdo üzrə Avropa Kubokunun açılış mərasimi keçirilib

18:10

Sabiq “Tottenhem”li karyerasını başa vurdu

17:35

Brunu Fernandeş Ronaldunun rekorduna şərik oldu

17:04

Millinin heyəti açıqlandı - SİYAHI

16:44

Sloveniyada yelkən yarışı: Azərbaycan idmançıları mübarizəni davam etdirir

16:21

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində "Gəncə" "Lənkəran"ı məğlub etdi

16:02

Kadi Borgesin "Qarabağ"dakı 40-cı qolu

15:34

Mançini İtaliya millisinə qayıda bilər

15:03

Nazir və səfir “Qarabağ”ın U-12 komandasını ziyarət etdi

14:44

18 il sonra Azərbaycan Kubokunun yarımfinalında təkrarlanan rekord

14:23

"Zirə"dən yubiley qələbəsi

14:11

"Sabah" Azərbaycan Kubokunda 50-ci qolunu "Qarabağ"a vurub

13:47

Kişilərin mübarizəsində yarımfinal mərhələsinin təqvimi açıqlandı

13:24

Qadınlar arasında Azərbaycan Yüksək Liqasında yarımfinal cədvəli bəlli oldu

13:05

"Barselona"nın Bastoni arzusu

12:45

Gəncədə Avropa Kuboku turniri başlayıb

12:22

“Baku Open” stolüstü tennis turniri keçirilir

12:04

Fabreqas A seriyasında ən yaxşı seçildi

11:38

PFL 6 oyunun hakim təyinatlarını açıqladı

11:23

"Barselona" "Çelsi"nin müdafiəçisini hədəf aldı

11:12

"Liverpul" "Barselona"nın futbolçusu üçün 80 milyon avro ödəməyə hazırdır

10:39

Yoahim Löv Qana millisini çalışdıracaq?

10:18

Ronaldodan möhtəşəm geri dönüş - bir matçda 2 qol

10:00

"Bu hesabla qələbə gözlədiyimi desəm, yalan olar" - MÜSAHİBƏ

00:30

Premyer Liqa: XXVI turun təyinatları açıqlanıb

00:23

Qurban Qurbanov: “Sabah”a qarşı oynamaq xoşdur“

23:57

Son 10 mövsümün tamaşaçı rekordu qırılıb

23:24

“Zirə” ölkə çempionu oldu

22:56

Valdas Dambrauskas: “Oyun ritmimizi itirmişik”

22:27

Gəncə Avropa Kubokunun püşkatma mərasimi keçirilib

21:55

Azərbaycan Kuboku: "Qarabağ" "Sabah"la bacarmadı - YENİLƏNİB

21:28

Yunis Hüseynov: “Hakimlər haqda danışmaq istəmirik”

21:22

Rəşad Sadıqov: “Zirə”də xoşbəxtəm

20:58

Bakıda Bədii gimnastika üzrə beynəlxalq turnir start götürüb

20:28

ABL: Pley-in mərhələsinə start verilib

20:09

ASA-da “İdmanda və hərbdə texnologiyalar” mövzusunda təlim keçirilib

19:56

Fernandeş ayın oyunçusu seçildi

19:11

Arteta ən yaxşı adına layiq görülüb

18:56

“Qarabağ” - “Sabah”: HEYƏTLƏR

18:32

“Fənərbaxça”nın kapitanı sərbəst buraxılıb

18:08

İtaliya millisində daha bir ayrılıq - RƏSMİ

17:53

İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi müəyyənləşdi

17:43

Bakıda "Baku Open" şahmat festivalı keçiriləcək

17:20

I Liqada tur liderin şok məğlubiyyəti ilə yekunlaşıb - YENİLƏNİB

16:49

“Çelsi” “Real”a keçmək istəyən futbolçunu cəzalandırdı