
“Fənərbağça"nın 2 futbolçusu dünən “Konyaspor”la (4:0) görüşdə sıradan çıxıb.
Sport1.az xəbər verir ki, matçın gedişində Con Duran və Arçi Broun zədələnərək oyunu davam etdirə bilməyiblər.
Hər iki futbolçu tibbi müdaxilədən sonra əvəzlənib.
Zədələrin ciddiliyi ilə bağlı yekun rəy futbolçuların tibbi müayinəsindən sonra məlum olacaq.