
Misli Premyer Liqasının XIV turunda "Qarabağ" "Zirə" səfərindən 1 xalla qayıtdı - 1:1.
Qarşılaşmadan sonra "köhlən atlar"ın qapıçısı Mateuş Koxalski Sport1.az saytına müsahibə verdi...
- Görüş haqda fikirlərin nələrdir?
- Ağır oyun idi. Güclü rəqibə qarşı oynadıq. Hətta, düşünürəm ki, "Zirə" "Qarabağ"dan sonra çempionatın ən güclüsüdür. Hər matç qələbə qazanmağı hədəfləyən komanda olaraq, bu nəticədən məmnun deyilik. Növbəti oyuna daha yaxşı hazırlaşıb 3 xalı qazanmağa çalışacağıq.
- Növbəti rəqibiniz Çempionlar Liqasında heç bir ümidi olmayan "Ayaks"dır. Növbəti mərhələ şanslarınızı necə dəyərləndirirsən?
- Bizim hələ 3 qarşılaşmamız qalıb. Minimum 4 xala ehtiyacımız olacaq. Zəif rəqibimiz olduğunu da deyə bilmərəm. Hamısı iddialı komandalardır. "Ayaks" da həmçinin. Onlar bu mövsüm qələbə qazana bilməsələr də, yenə də rəqib "Ayaks"dır. Ötən mövsüm onların keyfiyyətini gördük. Bu dəfə daha güclüyük. Yaxşı hazırlaşıb qələbəyə köklənəcəyik.
- Adın "Borussiya" (Dortmund) ilə hallanır. İsmini belə bir klubla yanbayan gördüyün üçün özünlə qürur duyursan?
- Açığı bu məlumatların reallığı əks etdirib-etdirmədiyini bilmirəm. Bəlkə də, bu şayiəni media özü yaradıb. Lakin ümid edirəm ki, düzdür. Çünki hər bir oyunçunun xəyalıdır ki, belə böyük klublarda oynasın.
MİKAYIL HACIYEV