“Zaqatala” ötən mövsümü I Liqada 5-ci pillədə başa vurdu.Hazırda bölgə təmsilçisinin başı sponsor axtarışına qarışsa da, baş məşqçi Rüstəm Məmmədovun postunda qalacağı dəqiqdir.
Görəsən, mütəxəssis yeni mövsüm üçün normal komanda formalaşdıra biləcək? “Zaqatala”nın hədəfi nə olacaq? Rüstəm Məmmədov mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Avqustun 2-dən toplanışa başlamışıq. Ayın 10-a kimi seleksiya xarakterli işlər aparacağıq. Hələlik yerli uşaqlar və seleksiyaya gələcək futbolçularla təlim-məşq keçəcəyik. Cəlal Cəbrayılov ilə Rustəm Nuriyev artıq bizim oyunçu deyillər. Başqa kimlərin gedəcəyi və ya qalacağı ilə bağlı daha dəqiq məlumatları avqustun 10-dan sonra biləcəyik. Hələlik ilkin məşqlərə və seleksiya işlərinə fokuslanmışıq”. MİRZƏ S.
Sport1.az